PSJ-nin baş məşqçisi Tomas Tuhel komandanın zədəli futbolçuları Neymar və Kilian Mbappenin son durumu ilə bağlı məlumat verib.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, hər iki oyunçunun ölkə çempionatının 14-cü turunda "Tuluza" ilə matçı buraxacağını deyib. T.Tuhel hücumçuların Çempionlar Liqasının 5-ci turunda "Liverpul"la oyuna kimi hazır ola biləcəyini vurğulayıb. Qeyd edək ki, Neymar Kameruna, Mbappe isə Uruqvaya qarşı yoxlama oyunlarında zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB