“Liverpul”un hücumçusu Divok Oriqi "Qalatasaray"a keçə bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu qış fasiləsində 23 yaşlı forvardı transfer etmək niyyətindədir. "Liverpul"da meydana nadir hallarda çıxan belçikalı futbolçunun da komandanı tərk etmək istədiyi bildirilir.
Qeyd edək ki, Oriqi 2014-cü ildən "Liverpul"da çıxış edir. O, bu müddətdə "Lill" və "Volfsburq"da icarədə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB