"Çelsi" Fransa millisinin üzvü ilə müqaviləni yeniləyib

"Çelsi" Fransa millisinin üzvü ilə müqaviləni yeniləyib

Çelsi" futbolçusu Nqolo Kante ilə müqaviləni yeniləyib. Klubun saytında yer alan məlumata görə, fransalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Britaniya mətbuatı 27 yaşlı futbolçunun maaşının artırıldığını yazıb. Kantenin yeni müqavilə şərtlərinə əsasən həftəyə 290 min funt-sterlinq qazanacağı bildirilir. Bu isə o deməkdir ki, bir çox klubların trasnfer hədəfində olan fubolçu "Çelsi"də ən çox qazanan oyunçu olacaq. Buna qədər London klubunda ən yüksək məvacib Eden Hazarda verilirdi - həftəlik 220 min funt-sterlinq.

Qeyd edək ki, Fransa millisinin üzvü 2016-cı ildə “Lester”dən 32 milyon funt-sterlinq qarşılığında transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə