Azərbaycan yığması Avropada birinci olub

Azərbaycan yığması Avropada birinci olub

Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə Avropa çempionatına yekun vurulub.

SİA-nın xəbərinə görə, yarışda 25 ölkədən 121 idmançı birincilik uğrunda mübarizə aparıb.

Universal döyüşün layt versiyası üzrə yarışlarda kişilərdən ibarət komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Bu növ üzrə qadınların yarışında isə Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olublar.

Klassik versiya üzrə yarışlarda kişilərdən ibarət komandamız 4 qızıl, 2 gümüş, 2 bürünc, qadınların mübarizəsində isə 3 qızıl, 2 gümü və 1 bürünc medal qazanıblar.

Ümumi komanda hesabında Azərbaycan yığması birinci, Rusiya ikinci, Ukrayna millisi isə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə