Futbol üzrə 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının 2019/2020-ci il mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub. SİA AFFA-ya istinadla xəbər verir ki, yığmamız 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları komandaları ilə mübarizə aparacaq.
Millimiz gələn il oktyabrın 17-də Sloveniya, üç gün sonra Norveç, ayın 23-də isə Farer adaları ilə qarşılaşacaq.
Beşinci qrupun oyunlarına Farer adaları ev sahibliyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB