Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku komandadan ayrılmağa yaxındır. SİA-nın məlumatına görə, onun yeni iş yeri "Fənərbağça" olacaq. Klub Türkiyə çempionatında 12 turdan sonra 13-cü yerdədir. İstanbullular istefaya göndərilən əvvəlki baş məşqçi Filip Kokunun əvəzinə Luçeskunu gətirməyi planlaşdırırlar.
Rumın mütəxəssis bir müddət "Beşiktaş" və "Qalatasaray"da da işləyib. O, Türkiyə millisinə keçən ildən rəhbərlik edir. Türkiyə millisi Luçeskunun rəhbərliyi altında 16 oyun keçirib (4 qələbə, 5 heç-heçə, 7 məğlibiyyət).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB