Rusiyanın "Spartak" klubu qış fasiləsində bir neçə futbolçusu ilə yolları ayırmağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Moskva klubu braziliyalı forvardı Luis Adrianonu da yola salmağa çalışacaq. Buna səbəb onun yüksək əmək haqqı almasıdır. İllik 4 milyon avro maaş alan forvard "qara siyahı"ya düşüb.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2017-ci ildə "Milan"dan "Spartak"a keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB