Rusiyanın "Ximki" klubunun basketbolçusu Cordan Miki Avroliqada Monteneqronun "Buduçnost" klubuna qarşı görüşdə komandasına qeyri-adi zərbə ilə xal qazandırıb. SİA-nın məlumatına görə, 24 yaşlı idmançı istəmədən baş zərbəsi ilə topu səbətdən keçirib. Onun komanda yoldaşı Stefan Markoviç Mikiyə ötürmə vermək istəyib. Top isə onun başına dəyərək səbətə daxil olub.
Qarşılaşma 85:69 Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Cordan Miki bu qarşılaşmada 17 xal toplaya bilib və məhsuldarlığa görə komanda yoldaşı Aleksey Şveddən 5 xal geri qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB