"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" transfer siyahısına daha bir futbolçunu daxil edib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa ilə maraqlanır. İngiltərə təmsilçisinin baş məşqçisi Unay Emerinin 30 yaşlı oyunçunu komandasında görmək istədiyi bildirilib. Qeyd edək ki, E.Baneqa bu mövsüm bütün turnirlərdə 21 maçda 6 qol vurub, 3 qolun ötüeməsin verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB