"Real" "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etmək üçün Qaret Beyldən də keçməyə hazırdır. "Goal.com"un yaydığı xəbərə görə, tərəflər qış fasiləsində danışıqlar masasına əyləşəcəklər. "Kral klubu"nun 27 yaşlı belçikalının keçidi üçün pulla yanaşı, Beyli də ingilislərə təklif edəcəyi gözlənilir. Qeyd edək ki, Hazard 2012-ci ildən "Çelsi"nin formasını geyinir və çıxdığı 314 qarşılaşmada 97 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB