PSJ "Ayaks"ın futbolçusu üçün 80 milyon avro təklif edib

PSJ "Ayaks"ın futbolçusu üçün 80 milyon avro təklif edib

PSJ "Ayaks"ın futbolçusu Frenk De Yonqu transfer etmək istəyir. Fransa mətbuatı yazır ki, Paris klubu 21 yaşlı yarımmüdafiəçi üçün Hollandiya təmsilçisinə 80 milyon avro təklif edib. De Yonqla PSJ ilə yanaşı, "Mançester Siti", "Barselona"nın da maraqlandığı bildirilib. Ancaq bu klubların Fransa təmsilçisi qədər təzminat ödəməyə hazır olmadığı vurğulanıb.

Qeyd edək ki, De Yonq bu mövsüm ölkə çempionatında 10 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə