“Barselona” rəhbərliyi Neymarın “Pari Sen-Jermen” (PSJ) klubundan Kataloniya təmsilçisinin heyətinə qayıtması üçün cəhd etməyə qərar verib. “Qazeta.ru” xəbər verir ki, klub rəhbərliyi braziliyalının nümayəndələri ilə danışıqlarda Neymarın bu təklifə razılıq verəcəyi təqdirdə futbolçunun transferi ilə bağlı rəsmi təklif irəli sürməyə hazır olduğunu bildirib.
İyirmi altı yaşlı Neymarın 2017-ci ilin yazında Paris klubuna transferi 222 milyon avroya başa gəlmişdi. Parislilərlə bağlanmış müqaviləyə əsasən, futbolçu üçün bu məbləğin ödəniləcəyi halda o, klubu tərk edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB