"Sportinq"in sabiq futbolçuları kluba dəstək olublar

"Sportinq"in sabiq futbolçuları kluba dəstək olublar

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq"in sabiq futbolçuları kluba dəstək olublar. "Football-Espana" nəşrinin yazdığına görə, Uilyam Karvalyu və Ruy Patrisiu maliyyə çətinliyi ilə üzləşən kluba maddi yardım edib. Onlar sosial şəbəkə vasitəsi ilə digər sabiq futbolçular və azarkeşləri də bu cür ddımı atmağa çağırıblar.

Xatırladaq ki, adıçəkilən futbolçular azarkeşlərin komandaya hücum etməsindən sonra “Sportinq”dən ayrılmışdı. Qeyd edək ki, "Sportinq" noyabrın 29-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la üz-üzə gələcək. Oyun saat 21:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə