Şahmat tacı uğrunda matçda ardıcıl 9-cu heç-heçə qeydə alınıb

Şahmat tacı uğrunda matçda ardıcıl 9-cu heç-heçə qeydə alınıb

Şahmat üzrə dünya çempionu titulu uğrunda norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuano arasında Londonda keçirilən matçın 9-cu partiyası da heç-heçə ilə nəticələnib. SİA-nın məlumatına görə, matçın əvvəlki səkkiz partiyasında da qalibi müəyyən etmək mümkün olmayıb. Beləliklə, Karlsen və Karuano şahmat tacı uğrunda matçda ard-arda heç-heçə ilə başa çatmış partiyaların sayına görə yeni rekorda imza atıblar. Bundan əvvəlki rekord 1995-ci ildə rusiyalı Harri Kasparov və hindistanlı Vişvanatan Anandın mübarizəsində qeydə alınıb. Həmin matçın başlanğıcında tərəflər ard-arda səkkiz partiyada xalları bölüşüblər.

Doqquzuncu heç-heçədən sonra matçın hesabı 4,5:4,5-dir. Növbəti partiya noyabrın 22-də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə