"Qalatasaray" Adebayoru transfer edəcək

"Qalatasaray" Adebayoru transfer edəcək

Hücumçu axtaran "Qalatasaray" Emmanuel Adebayoru transfer etmək niyyətindədir. SİA-nın məlumatına görə, İstanbul klubu toqolunu yanvarda heyətinə qatmağı planlaşdırır. Adebayor transferə razıdır. Lakin 34 yaşlı hücumçu 2,5 illik müqavilə tələb edir. "Qalatasaray"dan isə 1,5 illik müqavilə bağlanacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə