Neymar zədələnib

Braziliya millisi yoldaşlıq matçında Kamerunla qarşılaşıb. SİA-nın məlumatına görə, oyun İngiltərənin Milton Keyns şəhərində keçirilib. “Sambaçılar”ın qələbəsilə (1:0) başa çatan matçda Neymar 8-ci dəqiqədə zədələnərək əvəzlənib. Komandanın həkimi Rodriqo Lasmar zədənin ciddi olmadığını deyib: “İlkin müayinə aparıldı. Ciddi bir şey yoxdur. Testlərdən keçməsi üçün vaxt lazımdır. Bundan sonra dəqiq diaqnoz qoymaq olar”. Neymar Braziliya millisi tarixində 3 ən yaxşı bombardirdən biridir. Hesabında 60 qol var. Ronaldo (98 oyun, 62 qol) və Pele (92 oyun,77 qol) onu qabaqlayır".

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində Fransa çempionatında 11 oyunda 10 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə