Lopetegi ABŞ millisinin baş məşqçisi təyin edilə bilər

Lopetegi ABŞ millisinin baş məşqçisi təyin edilə bilər

"Real"ın sabiq baş məşqçisi Xulen Lopetegi ABŞ millisinin baş məşqçisi təyin edilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi yığmanın nəticələrini daha da yaxşılaşdırmağa qadir olduğu qənaətindədir.

İndi ABŞ millisində baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Deyv Saraçan yerinə yetirir. Onun rəhbərliyi altında komanda son oyunlarında İngiltərəyə 0:3, İtaliyaya isə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Xulen Lopetegi "Real"ın baş məşqçi postundan oktyabrın sonlarında istefaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə