"İnter" və "Milan" eyni futbolçu ilə maraqlanır

"İnter" və "Milan" eyni futbolçu ilə maraqlanır

İtaliyanın "İnter" və "Milan" klubları eyni futbolçu ilə maraqlanır. SİA-nın məlumatına görə, A seriyası təmsilçiləri müqavilə ilə “Everton”a məxsus olan, hazırda isə icarə əsasında SSKA-da çıxış edən Nikola Vlaşiçi transfer emək istəyirlər.

"Everton"un 21 yaşlı oyunçunu 12 milyon avroya satmağa hazır olduğu iddia olunur.

Qeyd edək ki, N.Vlaşiç bu mövsüm 15 matçda 5 qol vurub, 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə