"Barselona" Dembeleni satsa, alman klubuna 40 milyon avro ödəyəcək

"Barselona" Dembeleni satsa, alman klubuna 40 milyon avro ödəyəcək

"Barselona" qışda Usman Dembeleni satsa, Dortmund "Borussiya"sına əlavə pul ödəyəcək. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçunun transferi zamanı iki klub arasında imzalanmış müqavilədə belə bir bənd yer alıb. Anlaşmaya görə, kataloniyalılar oyunçunu müqavilədə göstərilən tarixdən tez satsa, sabiq komandasına 40 milyon avro bonus ödəməlidir.

Qeyd edək ki, ötən mövsümün əvvəlində 105 milyon avro qarşılığında "Barselona"ya transfer olunan Dembelenin klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə