Almaniya Kubokunda qol yağışı

Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, dünən keçirilən 4 qarşılaşmanın demək olar ki, hamısı məhsuldar olub.
Aşağı divizion təmsilçilərindən "Duysburq" "Köln"ü, "Kottbus" "Volfsburq"u sensasion şəkildə kubokdan kənar qoyub. "Ştuttqart" - "Bavariya" matçında isə əsl qol yağışı yağıb. Münhenlilər 9 qolun vurulduğu qarşılaşmada növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib
lər.

Almaniya kuboku

1/8 final

22 dekabr

"Köln" - "Duysburq" 1:2
"Volfsburq" - "Kottbus" 1:3
"Ştuttqart" - "Bavariya" 3:6
"Alemaniya Axen" - "Frankfurt" 1:1 (penaltilər
lə 5:3)

Bütün xəbərlər Facebook səhifəmizdə