Azərbaycan Super Liqasının 5-ci turunun oyunları keçirilib

Azərbaycan Super Liqasının 5-ci turunun oyunları keçirilib

"Sərhədçi" İdman Kompleksində voleybol üzrə Azərbaycan Super Liqasının 5-ci turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, ilk oyunda "Rabitə" klubu "Şirvan"la qarşılaşıb. "Rabitə" 3:0 hesabı ilə rəqibdən üstün olub (25:13, 25:17, 25:16). Daha sonra isə "Lokomativ" və "Bakı" komandaları münasibətlərə aydınlıq gətiriblər. Bu komandaların oyunu gərgin keçsə də "Lokomativ" qalib gəlib - 3:1 (25:20, 20:25, 25:18, 31:29). Turun son qarşılamasında isə "İqtisadçı" "Azərreyl"lə üz-üzə gəlib. Qarşılaşmada 5 set oynanılıb və "Azərreyl" qalib gəlib – 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15).

Turnir cədvəli

Azərreyl 9 xal
Rabitə 8 xal
İqtisadçı 8 xal
Bakı 6 xal
Şirvan 6 xal
Lokomotiv 5 xal

Bütün xəbərlər Facebook səhifəmizdə