Bu gün Azərbaycan millisi Kosovo ilə qarşılaşacaq

Bu gün Azərbaycan millisi Kosovo ilə qarşılaşacaq

Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, D liqasında mübarizə aparan milli komandamız son matçında səfərdə Kosovo ilə üz-üzə gələcək. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.

20 noyabr

D Liqası

23:45 Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Mehdi Rahmuni, Bertrand Yoannu

Əlavə hakimlər: Frank Şneyder, Kərim Abed
Dördüncü hakim: Benjamin Pajes (hamısı Fransa)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talyariko (İtaliya)

Priştina. Fadil Vokkri adına stadion.

Bütün xəbərlər Facebook səhifəmizdə