"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Turan"la oyunun hazırlığını başa çatdırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda üzvləri dünən saat 15:00-dan etibarən klubun bazasındakı meydançada məşq ediblər və bu məşq "Turan"la matçın son hazırlığı olub.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Turan" qarşılaşması saat 15:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB