Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2010-cu ilin ən yaxşı kişi idmançıları seçildi
Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət azərbaycanlı kanoeçi duet 2010-cu ilin ən yaxşı kişi idmançıları seçiliblər. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, azerisport.com saytının keçirdiyi internet-sorğuda Bezuqlıy – Prokopenko cütlüyü respondentlərin 61 faizinin səsini qazanıb.
Bu, rekord göstərici olub. Digər nominasiyaların qaliblərindən heç kim kanoeçi duetimiz qədər səs toplaya bilməyib. Digər tərəfdən, Bezuqlıy – Prokopenko dueti ən yaxın izləyiciləri – yunan-Roma güləşçisi Həsən Əliyevlə şahmatçı Şəhriyar Məmmədyarovu böyük fərqlə geridə qoyub. Əliyev 11 faiz, Məmmədyarov isə 9 faiz səs yığıb.
Qeyd edək ki, 2 nəfərlik kanoe qayığında çıxış edən Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2010-cu ildə 1000 metr məsafəyə yürüşdə Avropa çempionu, 500 metr məsafəyə yürüşdə isə Avropa və dünya çempionatlarının gümüş mükafatçısı olub. Bununla yanaşı, kanoeçi cütlüyümüz Dünya Kubokunun I mərhələsində 500 metr məsafəyə yürüşdə gümüş, Dünya Kubokunun III mərhələsində isə 500 metr məsafəyə yürüşdə qızıl, 200 metr və 1000 metr məsafələrə yürüşlərdə isə gümüş medallar qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB