Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlanıb. SİA-nın xəbərinə görə, "korrespondent.net" saytının məlumatında bildirilib ki, ən qiymətli futbolçuların siyahısına "Barselona"nın argentinalı ulduzu Lionel Messi başçılıq edir. Onun real qiyməti 100 milyon avrodur. Messinin ən yaxın izləyicisi isə "Real"ın portuqaliyalı ulduzu Kriştian Ronaldodur – 90 milyon avro.
Qeyd edək ki, 15 ən bahalı futbolçunun yer aldığı cədvəldə "Berselona"nın 4 futbolçusu var ki, onlardan da ən aşağı pillədə olanı 8-ci yeri tutan Xavidir. Bu futbolçunun qiyməti 50 milyon avro həddində göstərilib.
Dünyanın ən bahalı 15 futbolçusu:
1. Lionel Messi ("Barselona") - 100 milyon avro
2. Kriştianu Ronaldu ("Real") - 90
3. Andres İniesta ("Barselona") – 60
4. Ueyn Runi ("Mançester Yunayted") - 55
5. Sesk Fabreqas ("Arsenal") - 55
6. David Vilya ("Barselona") - 50
7. Fernando Torres ("Liverpul") - 50
8. Havi ("Barselona") - 50
9. Kaka ("Real") – 45
10. Frank Riberi ("Bavariya") - 45
11. Uesli Sneyder ("İnter") - 45
12. Stiven Cerrard ("Liverpul") - 42
13. Aryen Robben ("Bavariya") - 40
14. Qonzalo İquain ("Real") - 38
15. Daniele De Rossi ("Roma") – 38
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB