Jorji Kardoner: "İstəyirik ki, bir çoxları öz ləyaqət hissini bərpa etsinlər"

Jorji Kardoner: "İstəyirik ki, bir çoxları öz ləyaqət hissini bərpa etsinlər"

“Barselona” Fondu Yunanıstan, Livan və İtaliyada sığınacaq tapmış qaçqınlara yardım üçün 6 milyon avro ayırıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusu Lilian Tyüram yardımı çatdırmaq üçün Livana səfər edib.

“Barselona” klubunun vitse-prezidenti Jorji Kardoner bununla bağlı deyib: “Biz qərara gəldik ki, hərəkətə keçək. Dünyada 68 milyon qaçqın var və onların 50 faizi uşaqlardır. Azyaşlılar bu münaqişələrin baş verməsində heç bir məsuliyyət daşımırlar. İstəyirik ki, bir çoxları öz ləyaqət hissini bərpa etsinlər”.

Fondun təsisçisi Mariya Valles isə bildirib ki, onlar bu proqram sayəsində uşaqların öz problemlərini bir anlığa unutduqlarının və tənhalıq hissi keçirmədiklərinin şahidi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə