Koke "Barselona" ilə matçda meydana çıxacaq?

Koke "Barselona" ilə matçda meydana çıxacaq?

"Atletiko"nun yarımmüdafiəçisi Koke La Liqanın 13-cü turunda "Barselona" ilə matçda oynaya biləcək. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi zədəsini sağaldıb və artıq məşqlərə başlayıb.

Xatırladaq ki, Koke zədə səbəbindən komandasının son 4 oyununu buraxıb. Əlavə edək ki, "Atletiko" - "Barselona" görüşü noyabrın 24-ü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə