Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın 3-cü günündə qadınların mübarizəsinə start verilib. Yığmamızın üç üzvündən ikisi bu gün xalça üzərinə çıxıb.
Türkan Nəsirova 1/8 finalda rusiyalı rəqibinə uduzub.
Səbirə Əliyeva mundiala inamlı başlayıb. Güləşçimiz təsnifat mərhələsində cəmi 38 saniyəyə ukraynalı idmançıya tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə Kanada təmsilçisi S.Əliyeva üzərində eyni formada qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB