Dünya və Avropa çempionları gənclərin suallarını cavablandırıblar TƏDBİR
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının növbəti ildönümü münasibətilə YAP Nizami rayon təşkilatının Şura üzvləri, Yunan-roma güləşi üzrə Avropa və dünya çempionu, Olimpiya mükafatçısı, Bakı-2015 I Avropa Oyunlarının qalibi, "Şöhrət" ordenli Rasul Çunayev, kikboksinq üzrə dünya çempionu, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə beynəlxalq turnirlərinin qalibi Xəyal Əhmədov, həmçinin Nizami rayonu sakini, Yunan-roma güləşi üzrə Avropa və dünya çempionu Eldənizli Əzizli Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Dövlət himninin səslənməsindən və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsindən sonra idmançılar haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən mərkəzin direktoru Samir Allahverdiyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, idmançılar Rasul Çunayev, Xəyal Əhmədov və Eldənizli Əzizli Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətinin uğurlarından danışıblar.
Qeyd olunub ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra idmançılar gəncləri maraqlandıran sualları cavablandırıb, onlara tövsiyələrini veriblər.
Görüşün sonunda mərkəzin kollektivi bədii kompozisiya ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB