Azad Rəhimov: “Üzgüçülük kompleksinin yeri dəyişdirilə bilər” - AÇIQLAMA
"Hazırda Üzgüçülük Federasiyasının prezidenti vəzifəsi boşdur. Velosiped Federasiyanın prezidenti də istefa verib". SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlama verib. O, Olimpiya oyunlarının proqramına salınmış yeni idman növlər üzrə hesabat konfransın keçiriləcəyini və bu konfransda sözügedən federasiyalara prezidentlərin seçilə biləcəyini qeyd edib: "Ancaq yüz faizlik heç nə deyə bilmərəm".
Daha sonra nazir 2011-ci ildə Azərbaycanda tikiləcək idman qurğularından danışıb: "Təklif vermişik ki, gələn il Abşeron, Neftçala, Ağcabədi, Saatlı, Biləsuvar və Beyləqan rayonlarında yeni komplekslər tikilsin. Qəbələdə isə olimpiya idman kompleksi istifadəyə verilməlidir. Hazırda üzgüçülük kompleksində işlər aparılır. Ola bilsin ki, kompleksin yeri dəyişilsin. Tikinti yerindən çoxlu neft və qaz kommunikasiya kəmərləri keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB