“InStat Sport”un təhlilinə əsasən Topaz Premyer Liqasının 11-ci turunun ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, o, “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçdir. Xorvatiyalı futbolçu keçmiş komandası “Qəbələ"yə qarşı keçirilən oyunda son qolun müəllifi olub. Araşdırmalara əsasən, Ozobiç turun ən yüksək indeksə malik olan oyunçusudur.
Qeyd edək ki, “Qəbələ” - “Qarabağ” oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB