19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində İsraillə keçiriləcək oyununa hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, sabah baş tutacaq matçı belçikalı Erik Lambrext idarə edəcək. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.
Qeyd edək ki, Tiflisdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB