"Qarabağ"- "Arsenal" matçının biletləri satışda

"Qarabağ"- "Arsenal" matçının biletləri satışda

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı "Arsenal"la matçının biletləri satışa çıxarılıb. Ağdam klubunun rəsmi "Feysbuk" səhifəsində yer alan məlumata görə, biletləri iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən ( AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə etmək mümkündür. Biletlərin qiymətləri 39-56 manat arasındadır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü dekabrın 14-ü (yerli vaxtla 13 dekabr) saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə