Azad Rəhimov: “2010-cu ildə demək olar ki, dünyanın müxtəlif ölkələrində hər gün 2 dəfə Azərbaycan bayrağı dalğalanıb, himni səslənib” - AÇIQLAMA

Azad Rəhimov: “2010-cu ildə demək olar ki, dünyanın müxtəlif ölkələrində hər gün 2 dəfə Azərbaycan bayrağı dalğalanıb, himni səslənib” - AÇIQLAMA

"2010-cu il həm Gənclər və İdman Nazirliyi, həm də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi üçün uğurlu olub". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, artıq yekunlaşmaq üzrə olan ildə idmançılarımız çoxlu medallar qazanıblar: "Ötən il Olimpiya və qeyri-olimpiya yarışlarında ümumilikdə 619 medal qazanılıb. Bu il isə medalların sayı 675 olub. Çox sevinirik ki, 2010-cu ildə dünyanın müxtəlif ölkələrində demək olar ki, hər gün 2 dəfə Azərbaycan bayrağı dalğalanıb, himni səslənib. Ümüd edirəm ki, London Olimpiya Oyunlarında daha çox medal qazanacağıq".

Gənclər sahəsində də maraqlı tədbirlər keçirildiyini bildirən nazir yeni yaranan Azərbaycan Tələbə Gənclər İttifaqının fəaliyyətini xüsusi vurğulayıb. O, qeyri-hökumət gənclər təşkilatlarının sayının 200-dən çox olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə