Lənkəranda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal turniri keçirilir
Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal turnirinə start verilib. SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Olimpiya Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 12 qrup olmaqla, 44 komanda yarışır.
Qruplara işğal altında olan rayonların adları verilib. Yarışa Lənkəran idmançıları ilə yanaşı, ətraf rayonlardan olan komandalar da qatılıb.
"Mübaiz olaq!" devizi altında keçirilən turnir 2011-ci il fevralın 7-də şəhid Mübariz İbrahimovun doğum günündə final oyunu ilə başa çatacaq.
Qaliblərə diplom və xatirə hədiyyələri veriləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB