Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın son turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” görüşündə (2:2) yaşananlarla bağlı qərar verib. Belə ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılıb və 65 min lirə cərimələnib.
Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəzalanıb və 20 min 800 lirə cərimə olunub. “Qalatasaray”ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5, Qarri Mendes Rodriges 3, Rayan Henk Donk 6 oyun cəza alıb. “Fənərbaxça”dan isə Roberto Soldado Rillo 6, Jailson Markes Siqueyra 8 oyunluq cəzalandırılıb. Klub 12 min lirə cərimlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB