Millimizin üzvünün Rusiya klubuna transferi niyə reallaşa bilmir? - ÖZƏL

Millimizin üzvünün Rusiya klubuna transferi niyə reallaşa bilmir? - ÖZƏL
"2010-cu ilin ən yaxşı futbolçusu seçilməyim çimərlik futbolunda mənim ikinci uğurumdur. İlk uğurum 2009-cu ildə Avroliqada ilin oyunçusu seçilməyimdir". Bu sözləri SİA-ya açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü Emin Kürdov deyib.
Futolçu Rusiya klublarından təkliflər aldığını, ancaq maliyyə məsələsində razılaşa bilmədiklərini qeyd edib: "Mənə Rusiya klublarından təkliflər gəlir. Danışıqlar baş tutmadığına görə, transfer reallaşa bilmir. Transferin maliyyə məsələsində anlaşa bilmirik. Azərbaycan millisinin baş məşqçisi, həm də Rusiya klublarından birinin baş məşqçisidir. Danışıqlar 80 faiz tamamlanıb. Ola bilsin ki, gələn ildən Rusiya klubunda oynayım".

Bütün xəbərlər Facebook səhifəmizdə