Rəşad Sadıqov: “Öz oyunumla komanda yoldaşlarımı ruhlandırmalıyam” - AÇIQLAMA

Rəşad Sadıqov: “Öz oyunumla komanda yoldaşlarımı ruhlandırmalıyam” - AÇIQLAMA
"Azərbaycan yığmasının üzvləri arasında ilin ən yaxşı futbolçusu seçilmişəm. Buna görə sevinirəm". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan milli komandasının üzvü Rəşad Sadıqov açıqlama verib. O, yığmanın kapitanı olduğuna görə başqalarına nümunə olmalı olduğunu bildirib: "Öz oyunumla komada yoldaşlarmı ruhlandırmalıyam. Sevinirəm ki, bu ilim əvvəlkilərdən daha uğurlu oldu. Ötən il ən yaxşı oyunçu Vaqif Cavadov olmuşdu. Onun seçilməsinə mən də sevindim. Amma mən də idmançıyam, istər-istəməz qarşıma məqsəd qoydum ki, orda olmalıyam. Hər il qarşıma belə məqsəd qoyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə