MOİK təmsilçiləri Açıq Avropa Çempionatının qalibi olublar FOTOLAR

MOİK təmsilçiləri Açıq Avropa Çempionatının qalibi olublar FOTOLAR

Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Orusunu layiqincə təmsil edərək, Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun yetirmələri növbəti dəfə Ukranyanın Kiyev şəhərində keçirilən idmanın Kyokuşin Karate üzrə Açıq Avropa Çempionatının qalibi olublar. SİA-nın verdiyi məlumata görə, idmançılarımız 5-si qizil, 7-i gümüş və 6-si bürünc olmaqla ümumilikdə 18 medalla ölkəmizə qayıdıblar.

Həmçinin bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındırdıraraq dünya rekordunu təzələyib.

Qeyd edək ki, 18 ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında 1-ci yeri qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə