"Rusiya Premyer Liqasında 20 matçda oynamışam". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının üzvü, Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürov deyib. Futbolçu bəzi media orqanlarının onun problemi olduğuna görə oynamadığını yaydığını, ancaq bunun yanlış olduğunu bildirib: "Mən sadəcə zədəli idim. Böyründə ağrılar var idi".
Başqa klublardan 100 faizli təkliflər gəldiyini deyən M.Şükürov onun "Anji"dən transferi ilə bağlı rəhbərliyin qərar verəcəyini vurğulayıb: "Mən klub rəhbəri ilə mübahisə edə bilmərəm. O mənim qalmağımı istəyir. Rusiya Azərbaycan deyil ki, az məbləğlə başqa kluba keçməyə razılıq verilsin. Onlar çox pul istəyirlər. Hansı klubla razılığa gəlinsə, ilk növbədə mənimlə danışılmalıdır, mənim razılığım alınmalıdır. Yanvara qədər hər şey aydın olacaq. Maaşıma gəlincə, hər ilin öz qiyməti var. Yeni ildə də bu məsələyə baxılacaq və artırılacaq".
Azərbaycan klublarından da təkliflər aldığını deyən futbolçu Azərbaycanda oynamaq istəmədiyini bildirib: "Azərbaycana qayıtmaq istəmirəm. Oranın ab-havasını görmüşəm, orda qalmaq istəyirəm".
"Rusiya Premyer Liqasında Azərbaycan futbolçularından Elnur Allahverdiyev oynaya bilər. O, həm oyun, həm də fiziki cəhətdən bunu bacarar. Hansı kluba getsəm, onu məsləhət görəcəm",- deyə futbolçu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB