"Mançester Yunayted"in futbolçusu Pol Poqba Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la keçiriləcək oyunöncəsi rəqibin hücumçusu Kriştiano Ronaldo haqda danışıb. Britaniya mətbuatının yazdığına görə, 33 yaşlı futbolçunun "Real"dan Turin klubuna keçidini dəyərləndirən fransalı yarımmüdaiəçi onun haqqında xoş sözlər söyləyib: "Yuventus" düzgün seçim etdi. Bu cür oyunçular həmişə komandanı gücləndirir. Ronaldo, Messi və Neymar kimi səviyyəli oyunçularla oynamaq insana başqa bir zövq verir.
Ronaldo yeni komandasında xoşbəxtdir. "Yuventus"un bəxti gətirib ki, belə futbolçuya sahib olub. Ronaldo qolu elə asan vurur, sanki su içir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB