“Empoli”nin yeni baş məşqçisi müəyyənləşib

“Empoli”nin yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın “Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, A Seriyası təmsilçisi 54 yaşlı mütəxəssis Cüzeppe Yakiniyə həvalə olunub. O, bu postda Aurelio Andreatsolini əvəzləyib. İtaliyalı baş məşqçi ilə imzalanan müqavilənin şərtləri bəlli deyil.

Qeyd edək ki, Cüzeppe Yakini son olaraq 2017/18 mövsümündə ölkəsinin "Sassuolo" klubuna rəhbərlik edib.

"Empoli" A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə