"İdmançıların xaricdə təmsil olunması ilə bağlı maliyyə çətinlikləri var"
“2018-c il əldə edilən bütün iqtisadi nailiyyətlər 2019-cu ilin büdcəsində əsas meyar kimi qəbul edilib. Diqqət çəkən məqam odur ki, 2019-cu ilin büdcəsi sosial yönümlüdür. Tibb, təhsil müəssisələrinin inşa edilib, təhvil verilməsi, sosial təminat, sosial müdafiə xüsusi önəm daşıyır. Bundan başqa elm sahəsinə ayrılan vəsaitin artırılması elmi tədiqataarın aparılmasına müsbət nəıtucələrini verəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Növbəti ilin büdcəsində müdafiə xərclərinin artırılmasının müsbət hal olduğunu deyən komitə sədri söyləyib ki, bu, silahların alınması, zabit və əsgərlərin sosial şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək: “Ümumiyyətlə, ölkədə aparılan islahat ölkə iqtsiadiyyatını stimullaşdırır. Bu, gələcəkdə qeyri- neft sektorunun inkişafına öz töhfəsini verəcək. Büdcə tərtib olunduqda insan amili, rifah halı, təhlükəsizlik məsələləri xüsusilə nəzərə alınıb. Bu büdcə makro iqtisadi sabitliyi, dayanıqlı inkişafı təmin edəcək. Büdcəni dəstəkləyirik”.
Gənclər və idman siyasəti ilə bağlı 2019-cu ilin büdcəsində artımın nəzərdə tutulduğunu deyən Ü. Quliyev söyləyib ki, idman ölkənin rəmzini təmsil edən yeganə vasitə olduğunu dilə gətirib.
“Bildiyiniz kimi, ölkəmizdə 2011-ci ildə Gənclər Fondu yaradılıb. Fondun vəzifəsi gənclər və gənclər təşkilalarının layihələrinin maliyyələşməsi ilə bağlı olub. Lakin 2018-ci ildə Fondun fəaliyyəti genişləndirilib. Bura gənclərin təhsil ödənişləri, maliyyələşmə, kreditlərin verilməsi və digər fəaliyyətlər əlavə edilib. Buna görə, fondun ştat cədvəli də artıb. Bu baxımdan düşünürəm ki, fondun vəzifələrini layiqincə yerinə yetirə bilməsi üçün büdcədən bu sahəyə ayrılan xərcləri artırılsın”, - deyə komitə sədri çıxışında qed edib.
Ü.Quliyev çıxışında idmançıların xaricdə təmsil olunması ilə bağlı maliyyə çətinliklərinə də toxunub.
O deyib ki, ölkədə fəaliyyət göstərən federasiyalar, eləcə də idmançılar fərdi şəkildə müraciət edərək onların xaricə ezam edilməsinə ayrılan maliyyənin azlığından narazılığını bildirirlər: “Bildiyiniz kimi, xaricdə milli valyuta istifadə edilmədiyi idmançılara ayrılan maliyyə azlıq təşkil edir. Bu baxımdan idmançılarımıza qarşıdan gələn olimpiya oyunlarında lisenziya qazanmaq və bu yarışlarda uğurlar əldə etmək üçün görüləcək işlərə dəstək vetməyimiz çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB