"Neftçi" - "Qarabağ” matçının tarixi dəyişdirildi

"Neftçi" - "Qarabağ” matçının tarixi dəyişdirildi

Azərbaycan birinci divizionunun 10-cu turunun oyun cədvəlində dəyişiklik edilib. SİA-nın məlumatına görə, “Qarabağ” komandasının bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olduğu üçün Azərbaycan birinci divizionunun 10-cu turunun “Neftçi-2” - “Qarabağ-2” matçı təxirə salınıb.

“Qarabağ” klubunun müraciətini, “Neftçi” klubunun razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 9 noyabrda deyil, 3 dekabrda keçirilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə