UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda “İnter” klubu “Barselona” ilə matçın biletlərinin satışından İtaliya futbolu üçün rekord məbləğdə - 5,8 milyon avro gəlir götürəcək. TASS informasiya agentliyi xəbər verir ki, noyabrın 6-da “Cüzeppe Meazza” stadionunda keçiriləcək matça 73,5 min azarkeşin baxması gözlənilir.
İtaliya futbolunda bilet satışından əldə olunan 5,2 milyon avro məbləğində əvvəlki rekord UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün yarımfinalında “Roma”-“Liverpul” (4:2) oyununda qeydə alınmışdı. Bundan başqa, “İnter”in İtaliya çempionatında doğma meydanda “Yuventus”a (2:3) qarşı keçirdiyi oyunda da bilet satışından eyni məbləğdə gəlir əldə edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB