"Tottenhem"in baş məşqçisi "Real"dan imtina edib

"Tottenhem"in baş məşqçisi "Real"dan imtina edib

"Tottenhem"in baş məşqçisi Maurusio Poçettino "Real"ı çalışdırmaqdan imtina edib. Britaniya mətbuatının yazdığına görə, argentinalı mütəxəssis Madrid klubunun illik 15 milyon funt sterlinq qazanacağı təklifi müsbət cavablandırmayıb. O, ən azı mövsümünün sonuna kimi İngiltərə təmsilçisində qalacağını bildirib.

Qeyd edək ki, "Real" ötən həftə baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Santyaqo Solari yerinə yetirir. Xatırladaq k, bundan əvvəl "Çelsi"nin sabiq çalışdırıcısı Antonio Konte Madrid klubunun təklifini rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə