Oğuzda cüdo üzrə region birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən bölgə birincilikləri davam edir. Oğuzda təşkil olunan region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib. SİA-nın məlumatına görə, yarışda Babarahim Mirzəyev (46 kq), İlham Xankişiyev (55 kq), Məhərrəm Mehdiyev (60 kq), Murad Bəşirov (66 kq), Naməddin Yunisov (73 kq) və Rəsul Ağamalıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şimal bölgəsi üzrə yarışın mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının diplomları, medalları və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB