Azərbaycan Sayokan Komandası dünya çempionatından 5 medalla qayıdıb
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin yığma komandası 13-17 dekabr 2010-cu ildə WOF-Dünya Oriental-Döyüş İdman Federasiyasının Türkiyənin Antalya şəhərində təşkil etdiyi Dünya Çempionatından 5 medalla geri dönüb.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzindən SİA-ya verilən xəbərə görə, çempionat Antalyanın ən böyük idman sarayı olan "Kəpəz Spor Salonu"nda təşkil olunub. Bu dünya çempionatında Azərbaycan sayokan komandası Vasif Namazovun rəhbərliyi altında, Allahverdi Zamanov 85 kq 3-ci yer, Tural Rəhimov 68 kq 2-ci yer, Anar Əliyev 64 kq 2-ci yer, Vüsal Əliyev 58 kq 3-cü yer və Emin Əliyev 54 kq 2 yerə layiq görülüb.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov qeyd edib ki, bizim komandamız bu döyüş təlimi üzrə ilk dəfə idi ki tanış olurdu: "Buna baxmayaraq idmançılarımızda olan ruh yüksəkliyi öz bəhrəsini verdi, biz vətənə 5 medalla qayıtdıq. Sayokan idmançıları bu cür müxtəlif yarışlarda iştirak edərək həm ölkəmizin, həm də öz döyüş sənətimiz olan Sayokan döyüş təliminin gücünü göstərməkdə davam edəcək. Növbəti yarışımız fervar ayında Rusiyada olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB