“Real Madrid” Mauro İkardini heyətinə qatmağa çalışır

“Real Madrid” Mauro İkardini heyətinə qatmağa çalışır

“Real Madrid” klubu “Milan”ın argentinalı hücumçusu Mauro İkardini heyətinə qatmağa çalışır. SİA-nın məlumatına görə, Madrid təmsilçisi futbolçunun transferi üçün 110 milyon avro təklif etməyə hazırlaşır. “Real”ın rəhbərliyi qış transfer pəncərəsində Mauro İkardinin keçidi ilə bağlı müraciət etməyi planlaşdırır və bu futbolçu ilə heyətdə Kərim Benzemanı əvəz etməyi düşünür.

İkardi də transferlə bağlı düşündüyü üçün "İnter" ilə yeni müqavilə bağlamaq istəmir. Oyunçu ilə klubun mövcud müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.

Bu mövsüm Mauro İkardi 11 matçda 8 qol vurub və iki məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə