İspaniya Superkuboku-2019 da ölkə xaricində keçirilə bilər

İspaniya Superkuboku-2019 da ölkə xaricində keçirilə bilər

İspaniya Superkuboku-2019 da ölkə xaricində keçirilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin futbol federasiyasını rəhbərliyi yarışın ABŞ, Çin və ya Qətərdə keçirilməsi variantına baxır.

Bildirilir ki, Çin və Qətər kubokun ölkələrində keçirilməsi üçün quruma pul ödəməyə hazırdır.

Qeyd edək ki, İspaniya Superkuboku-2018 Mərakeşdə olub. Həmin vaxt "Barselona" "Sevilya"ya qalib (2:1) gələrək kuboka sahib çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə